Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məluat verilib.
Məlumatda deyilir ki, son günlər əmək pensiyaçılarının plastik kartlarının dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı əhali tərəfindən Dövlət Sosial Müdafiə Fonduna çoxsaylı müraciətlər daxil olub.
\”Bildiririk ki, pensiyaların ödənilməsi bu məqsədlə elan olunmuş tenderdə qalib gəlmiş banklarla bağlanmış müqavilələr əsasında həyata keçirilir və xidmət müddəti davam etdiyindən bankomatlardan və plastik kartlardan istifadənin dəyişdirilməsi ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Əmək pensiyaçıları öz pensiyalarını əvvəlki qaydada kartlarının aid olduğu banklardan almağa davam edəcəklər\”.
İnterpress.az