Türkiyədə polislərə növbəti silahlı hücum – 1 şəhidbackend

Türkiyədə polislərə növbəti silahlı hücum – 1 şəhid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbakır şəhərinin Yenişəhər ərazisində 2 yol polisi naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücuma məruz qalıb. Belə ki, yol qəzası barədə xəbər alan yol polisləri Tansu Aydın və Əli Qaraxan hadisə yerinə yollanıb. Əraziyə yaxınlaşan zaman naməlum şəxslər onlara silahla hücum edib. Hər iki polis müxtəlif nahiyələrdən aldıqları yaralarla Dicle Universitetinin nəzdində Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Ağır yarananan Tansu Aydın həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Digər polis Əli Qaraxanın vəziyyətinin hələ də ağır olaraq qaldığı bildirilib.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa şəhərində də 2 polis əməkdaşı qaldığı evdə güllələnərək öldürülmüşdü.

İnterpress.az