“Ərdoğan İŞİD-i kiçik qüvvə kimi görür” – Focus jurnalıbackend

“Ərdoğan İŞİD-i kiçik qüvvə kimi görür” – Focus jurnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iddialara görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Şam İslam Dövlətini (İŞİD) kiçik qüvvə zənn edir. Şanlıurfanın Suruç şəhərindəki terrorla əlaqədar olaraq dərc olunan məqalədə İŞİD silahlılarının Türkiyədən Suriyaya getdiklərini və silahlarını da məhz Türkiyədən Suriyaya daşıdıqlarını iddia edilir. Jurnala verdiyi açıqlamasında Alman mütəxəssi Udo Staynbax İŞİD-in gücləndiyini və son günlərdə yaşanan hadisələrdən dərs çıxarılmalı olduğunu deyib. Staynbax qeyd edib ki, bu hadisələr davam etsə, Türkiyədə yeni müharibə ocağı yarana bilər: \”Bu cür terror aktlarını törədənləri xalqımız adından lənətləyirik. Ərdoğan bu hadisələrə qətiyyətlə cavab verməsə, daha böyük faciələrə gətirib çıxara bilər\”.

Kamil Əmirli

İnterpress.az