Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, 23 həftəlik olan və 650 qr çəkidə doğulan körpənin həyatda qalması Azərbaycanda ilk dəfə olaraq ATU-nun Tədris Cərrahiyyə Klinikasında gerçəkləşdirilir. Həkimlərin sözlərinə görə, körpə yeni doğulan zaman çəkisi təqribən 650 qr idi: \”Aparılan müayinə və müalicələrdən sonra körpənin vəziyyəti normallaşdı və doğulan zaman aşkar edilən bəzi problemlər həllini tapdı. Bunun üçün xəstəxananın bütün imkanları səfərbər edilib. Hazırda onun çəkisi 1 kq-ı ötüb və tam normal yaşayır. Ümid edirik ki, balaca Yusifimiz sağlam böyüyərək xalqına, vətəninə layiqli övlad olacaq\” – deyə, həkim Səadət Yaqubova bildirib.
İnterpress.az