Bu barədə Amerikanın Səsi məlumat yayıb:
“Bu, bizim gözlədiyimiz bir gün idi, çünki biz real mahiyyətdən danışırıq və siyasətdən faktlara keçirik”- deyə ABŞ Dövlət katibi Con Kerri Senatın Xarici Əlaqələr Komitəsində dinləmədən öncə bildirib.
Kerri deyib ki, razılaşma İranı nüvə silahı istehsalından çəkindirməyin ən yaxşı yoludur. “Biz əminik ki, dünya qüdrətləri ilə əldə etdiyimiz razılaşma İranın mümkün nüvə silahı istehsalının qarşını alacaq, bizim regionda dostlarımız və müttəfiqlərimizi və dünyanı daha təhlükəsiz edəcək. Biz əminik ki, heç bir ciddi alternativin olmaması bu faktı təsdiq edir”-deyə Con Kerri bildirib.
ABŞ Konqresinin razılaşmanı təsdiq, ya da rədd etməsi üçün sentyabr ayının ortalarına qədər vaxtı var. İranla razılaşmada nüvə proqramının məhdudlaşdırılması müqabilində Tehrana qarşı sanksiyaların qaldırılması nəzərdə tutulur.
Prezident Obama razılıq Konqresdə təsdiq olmasa qərara veto qoyacağına söz verib.
İnterpress.az