Prezident sərəncam imzaladıbackend

Prezident sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Universiteti Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılacaq və ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirəcək.

Bununla əlaqədar Nazirlər Kabinetinə Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının 2 ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etmək, prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini 3 ay müddətində hazırlamaq, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını 3 ay müddətində təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

İnterpress.az