Rayonun Çarlı kəndinə Rusiyadan qonaq gələn bir oğlana qarşı (adını etik səbəblərdən yazmırıq – red.) əxlaqsız hərəkətlər edilib.
Belə ki, kənd bələdiyyəsinin sədri Bayram Bayramovun oğlu və onun bir dostu Rusiyadan kəndə bibisigilə qonaq gələn gənc bir oğlanı əl-qolunu bağlayaraq ona qarşı seksual hərəkətlər edib.
Məsələ ilə bağlı Kürdəmir rayon polis idarəsinə şikayət edilib və bələdiyyə sədrinin oğlu ilə onun dostu həbs olunub.
Hazırda istintaq gedir. Məsələylə bağlı Kürdəmir polisi ilə əlaqə saxlamaq istəsək də, telefon zənglərimizə cavab verən olmadı. ( avropa.info )
İnterpress.az