Bu sözləri Ukrayna prezidenti Petro Poroşenko bazar ertəsi “Könüllü desant”la görüşündə deyib.
“Müzakirələr zamanı sovet ordusundan uzaqlaşmaq təşəbbüsü çox xoşuma gəldi. Biz yeni Ukrayna ənənələri, o cümlədən, yeni Ukrayna rütbələri tətbiq etməliyik”, -deyə Poroşenko qeyd edib.
Poroşenko əlavə edib ki, “kiçik leytenant”ı “xorunji” ilə əvəzləmək təşəbbüsü həm Ukrayna ənənələrinə, həm də Ukraynanın Avroatlantik meyllərinə cavab verir.
Bundan əlavə Poroşenko yeni hərbi rütbə – “briqada generalı”nın tətbiq olunmasının lehinə çıxış edib.
İnterpress.az