PYD türkmənləri zorla köçürür, kəndlər dağıdılırbackend

PYD türkmənləri zorla köçürür, kəndlər dağıdılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, türkmən kəndləri buldozerlə dağıdılır. Türkmən köçü duyulmasın deyə xalq Türkiyəyə deyil, daxili köçə məcbur edilir. Zorla köçün yerləri müəyyənləşməsin deyə xalqın əlindən cib telefonları da alınır. Cerablus-Azez arasında yaradılacaq etibarlı bölgə İŞİD və PYD təzyiqindən bezmiş türkmənlər üçün bir fürsət olacaq.

Suriyanın şimalındakı Azez-Cerablus arasında humanitar səbəblərlə yaradılması nəzərdə tutulan təhlükəsiz bölgə türkmən kəndləri üzərindəki İŞİD və PYD təhdidinin aradan qalxmasına təsir edəcək. Türkmənlər Suriyada olduqca pərakəndə bir coğrafiyada yaşayır. Əhalisinin 3-də 2-i Rakkanın şimalında yerləşib. PYD keçən ay ərəblərlə yanaşı, türkmən kəndlərinin olduğu Tel-Abyadı İŞİD-dən alaraq, kürd əhalinin yaşadığı Cəzirə ilə Kobani (Ayn əl- Arab) bölgələrini birləşdirdi. Ardından Tel-Abyaddakı türkmənlər bölgəni tərk etməyəcəkləri halda koalisiya təyyarələrinin hava hücumu təşkil edəcəyi təhdidiylə zorla köç etdirildi. Təkcə Tel-Abyadın 20 kilometr cənubundakı Hammam Turkuman və Al İveyyid kəndlərindən təxminən 750 adam Türkiyəyə və Rakkanın müxtəlif bölgələrinə köç etdi. PYD hazırda da türkmənləri zorla köç etdirməyə davam edir.

Hədəf Sirrin bölgəsi

Rakkaya aid Tel Abyad və Ayn İssa ərazi arasındakı Suluk bölgəsinin qərb qismi və Kobani-Rakka mərkəz arasındakı Sirrin ərazisində olan türkmən kəndləri İŞİD-in əlindədir. Rakkanın şimalında qalan bölgə isə PYD-nin idarəçiliyindədir. PYD mənbələri Tel Abyadı ələ keçirən PYD birliklərinin Suriyanın şimalındakı növbəti hədəfinin Rakka tabeçiliyində olan Sirrin ola biləcəyini deyir. PYD-nin buradan sonra da Cerablusa gedərək Kobani ilə Afrin ərazilərini birləşdirmə məqsədi qoyduğu təxmin edilir.

Yeni köç dalğası

Sirrin Kobani-Rakka mərkəzi arasında, Fəratın şərq sahilində yerləşir. Həm Sirrin, həm də Cerablus ətrafı Suriya türkmənlərinin ən sıx yaşadığı bölgələrdəndir. Bu bölgələrin də PYD gücləri tərəfindən ələ keçiriləcəyi təqdirdə türkmənlər yeni və çox böyük köç dalğası yaşayacaqlarından narahatdırlar. Türkmənlər Türkiyənin suriyalı qaçqınlara sığınma sahəsi olaraq uzun müddətdir üzərində durduğu və Suriya rejiminin hava sahəsinə qapalı olan etibarlı bölgənin yaradılması, türkmən əhalisi üzərindəki İŞİD və PYD təhdidinə qarşı əhəmiyyətli addım olacağını düşünürlər.

Dünya duymasın deyə…

Suriya Türkmən Məclis üzvü və Suriya Türkmənləri Dərnəyi Şanlıurfa şöbə müdiri Əkrəm Dədə Köç beynəlxalq arenada səslərinin eşidilməsinə maneə törətmək üçün xalqın Türkiyəyə deyil, daxili köçə məcbur edildiyini və bəzi kəndlərin boşaldıldıqdan sonra xalqın bir daha geri dönməməsi üçün budozerlərlə dağıdıldığını söyləyib. \”Suriyanın şimalında təhlükəsiz bölgə yaradılmasını xüsusilə istəyirik\” deyən Dədə, etibarlı bölgənin həm burada yaşayan türkmənlərin gələcəkdə məruz qala biləcəkləri köçə qarşı tədbir olacağını, həm də Rakkadaki türkmənləri PYD tərəfindən İŞİD-in əlinə keçməkdən qurtaracağını bildirib. Dədə \”İndiyə qədər etibarlı bölgə yaradılmış olsaydı türkmənlər Türkiyədəki düşərgələr yerinə bu bölgədəki sığınacaqlarda qalacaqdı, həm də İŞİD təhlükəsindən uzaq olacaqdı\” deyib.

Suriya Türkmən Məclisi başqanı Abdurrahman Mustafa isə iki ildir Suriyanın şimalında etibarlı bölgə yaradılmasını tələb etdiklərini xatırladaraq, \”ABŞ liderliyindəki koalisiya gücləri Suriyada PYD-ni yoxdan var edərək ona hökumət qazandırdı. PYD Rakkanın şimalında etnik təmizliyə davam edir. Türkmənləri bölgələrindən köçə məcbur etdi və hələ də edir. Əgər Sırrını alırsa PYD Cerablusa yönələcək. Cerablus-Azez arasında etibarlı bölgə İŞİD və PYD təzyiqindən bezmiş türkmənlər üçün həyati bir fürsət olacaq.\”

PYD birdən 8200 insanı sürgün etdi

Tel Abyad Məclis və Yerli Sənədləşdirmə Komitəsinin üzvü Əhməd əl-Həcc Saleh PYD qüvvələrinin Sulukun 5-6 kilometr cənubundakı “Hammam Türkmen Şemelli” və “Hammam Türkmən Cənubi” diyarlarındakı 8 min 200 türkməni zorla köçürdüyünü söyləyib. PYD -yə müqavimət göstərən türkmənlərin təhdid edildiyini ifadə edən Saleh \”PYD- nin Resulayn ərazi başçısı Hüseyn Koçer yerlərinizdən ayrılmırsınızsa məktəb və evlərinizi bombalaması üçün koalisiyaya koordinat verəcəyik” dediyini vurğulayıb: “Xalq Koçerin təhdidinə görə sığındığı məktəbləri boşaldaraq, 12 saat içində etibarlı hesab etdiyi yerlərə köçüb. PYD köç edənlərin və ərazilərdəkilərin cib telefonlarının əllərindən alıb ki, köçü sənədləşdirə bilməsinlər”.

İnterpress.az