Tofiq Yaqublunun səhhəti pisləşdibackend

Tofiq Yaqublunun səhhəti pisləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə T.Yaqublunun qızı Nigar Yaqublu özünün facebook səhifəsində məlumat verib. O, bildirib ki, atası ilə elə indi telefon əlaqəsi saxlayıb: “Bu gün ata ilə danışdım. Bir həftədir ki, səhhətində yenə ciddi problemlər yaranıb. Qanaxma oldugu ücün həkim nəzarətində qalıb. Mütəmadi sistemlər köcürülüb. İndi durumu sabitdir”.

N.Yaqublu qeyd edir ki, T.Yaqublunun səhhətndə yaranan bu vəziyyət son 10 gündür ki, davam edir: “Ancaq yenidən durumunun pisləşəcəyindən cox narahatam”.

Xatırladaq ki, T.Yaqublu İsmayıllı hadisələrində ittiham olunub və o, buna görə 5 il azadlıqdan məhrum olunub.

İnterpress.az