Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Araşdırmanın ölkəmizin Rusiyadakı səfirliyi vasitəsi ilə aparıldığını deyən H. Hacıyev bu barədə əlavə məlumatın veriləcəyini bildirib.
“Fürsətdən istifadə edərək xatırlatmaq istərdik ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər Azərbaycanın “Dövlət sərhədi haqqında” qanunun və Miqrasiya Məcəlləsinin pozulmasıdır. Bu kimi əməllər eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”, – deyə o vurğulayıb.
Qeyd edək ki, mətbuatda “Gecə canavarları” adlı motoqrupun iyulun 31-də Ermənistana, oradan isə Dağlıq Qarabağa yollanacağı barədə məlumat yayılıb.
İnterpress.az