Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ONA.Az domeni ilə fəaliyyət göstərəcək yeni İnformasiya Agentliyinin işçi heyəti əsasən \”APA Holdinq\”in keçmiş kollektivi əsasında qurulacaq.
Yeni domen \”APA-Holdinq\”in keçmiş işçisi Zaur Xəlilovun adına artıq qeydiyyatdan keçib.
Holdinqin sabiq işçilərindən biri demokrat.az-a açıqlamasında yeni informasiya agentliyinin açılmaqda olduğunu və artıq onlara işə çıxmaları ilə bağlı tapşırıq gəldiyini təsdiqləyib.
Amma V.Mahirqızı demokrat.az-a açıqlamasında xəbərin doğru olmadığını söyləyib.
O, \”APA Holdinq\” fəaliyyətini bərpa edəcəyi barədə xəbərin səhv olduğunu deyib:
\”Hazırda bizim fəaliyyətimiz var, ancaq bu media sahəsində deyil. \”APA Holdinq\”-in bərpa olunacağı barədə xəbərlər səhvdir\”.