Suriyanın İdlib şəhərinin mərkəzində yerləşən Əl-Kusur küçəsində bomba yüklü iki avtomobil partladılıb.
İnterpress.az Report-a istinadən xəbər verir ki, nəticədə 15 nəfər ölüb, 30 nəfər yaralanıb.
Qeyd edək ki, İdlibdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı Türkiyə, Rusiya və İran arasında razılıq var.
İnterpress.az