\”Azərbaycan Hava Yolları\” QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə \”Report\”a AZAL-ın sözçüsü Paşa Kəsəmənski təsdiqləyib.
Onun sözlərinə görə, uçuşun həyata keçirildiyi \”Embraer\” markalı sərnişin təyyarəsində nasazlıq yaranıb. Sərnişinlər AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıdacaqlar.
İnterpress.az