Ən məşhur aslanın başı kəsildi – VİDEObackend

Ən məşhur aslanın başı kəsildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Zimbabvedəki “Hwang” Milli Parkında yaşayan və Oksford Universitetinin apardığı qoruma layihəsi çərçivəsində boynunda GPS tasması olmasına baxmayaraq aslan ovçuların qurbanı olub. “Guardian”ın xəbərinə görə, Sesili öldürən qaçaq ovçulardan biri parkda işləyən qoruculardan biri olub. Qorucunun ispan olduğu öyrənilən naməlum şəxsdən 50 min avro pul aldığı deyilir.

6 balası da öləcək

Qaçaq ovçular Sesilin diqqətini çəkərək, park sərhədlərindən kənara çıxmasını təmin edib və bu yolla “qanuni” olaraq aslanı öldürməyi düşünüblər. Oxla vurulan Sesilin dərisi soyulub. Səlahiyyətlilər 40 saatlıq axtarışdan sonra aslanı tapıblar.

Zimbabveli vəhşi təbiət səlahiyyətlisi Coni Rodriqes Sesilin altı balasının onlara atalıq etmək istəyəcək yeni erkək aslan tərəfindən öldürüləcəyini söyləyib. Rodriqes bu vəziyyətin yaşanan faciəni daha da artırdığını ifadə edib.

İspaniyaya 450 aslan başı gətirildi

Səlahiyyətlilər İspaniyanın Afrika aslanlarının başına illərdir böyük pullar ödədiyini deyib. İspaniyada yerləşən qaçaq ovçuluq əleyhdarı “Chelui4lions” dərnəyindən Luiz Munoz 2007-2012-ci illər arasında İspaniyaya ən az 450 aslan başı gətirildiyini deyib. Almaniyaya isə bu müddətdə 100 aslan başı göndərilib. Munoz bu vəziyyətin qarşısının alınması üçün bütün Avropa ölkələrinin ortaq hərəkət etməsinin lazımlığını bildirib.

İnterpress.az