Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədrinin seçiləcəyi tarix açıqlanıb.
İnterPress.az-ın məlumatına görə, yeni spiker fevralın 24-də parlament üzvləri arasında səsvermə yolu ilə seçiləcək.
Yeni seçilmiş sədr TBMM-in 29-cu spikeri olacaq.
Qeyd edək ki, Türkiyə parlamentinin spikeri Binəli Yıldırım İstanbul bələdiyyəsinin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar bu gün yerli vaxtla saat 20:00-da istefa verəcək.
B.Yıldırımı parlamentdə müvəqqəti olaraq Milliyyətçi Hərəkat Partiyasından deputat Cəlal Adan əvəz edəcək.
Xatırladaq ki, Türkiyədə bələdiyyə seçkiləri bu il martın 31-də keçiriləcək.(trend)
İnterPress.az