İnterpress.az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu bildirib.
““Fazi tavanı” nəyi dəyişəcək?” sualına aydınlıq gətirən ekspert bu təşəbbüsdə məqsədin faizlərin aşağı düşməsinə nail olmaqdan olduğunu deyib: “Güman olunur ki, kifayət qədər inzibati xarakter daşıyan sözügedən tövsiyyə bankların faiz siyasətinə korrektlərə etməsinə səbəb olacaq. Başqa tərəfdən, bir müddət öncə komisiyon haqlarının məhdudlaşdırılması da bankların “yalançı faizlər” ilə bağlı manevr imkanlarını məhdudlaşdırıb. Mərkəzi Bankın sektoral mənfəət normasının qorunub saxlanması üçün bankların ucuz kredit resurslarına o cümlədən mərkəzləşdirilmiş kreditlərə çıxış imkanlarının genişləndirilməsinə ehtiyac var. Çünku yüksək gəlirə aulidə olan bankların “qara bazar” formalaşdırmaq cəhdləri də istisna edilmir. Təbii ki, daha uzun müddətli və stabil faiz endirimləri üçün isə bank sektorunun liberalaşması, xarici kapitala mövcud məhdudiyyətlərin yumşaldılması və eləcə də rəqabətin gücləndirilməsinə də vacibdir”.
Bununla yanaşı, gözlənilir ki, bəzi banklar və bank olmayan kredit təşkilatları öz kredit növlərinə dəyişiklik edərək faiz məhdudiyyətindən yayınmağa çalışacaqlar: “Belə ki, məhdudiyyətlər istehlak və mikro kreditlərini əhatə etdiyindən banklar orta məbləğli kreditlərini biznes kreditləri kimi rəsmilləşdirməyə çalışaraq bu “qadağalardan” qaçmağa çalışacaqlar istisna edilmir.
Eyni zamanda, müştərilər də diqqətli olmalıdırlar ki, banklar onların kreditlərinə 1 faizədən artıq komissiyon haqqı hesablamasın və ümumi fazilər 29 faizdən çox olmasın. Eyni zamanda, prosesə nəzarət üçün Mərkəzi Bankın monitorinqlərinin gücləndirilməsinə ehtiyac var.
Təbii ki, 2015-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən hər 6 aydan bir dövlət başçısına kredit faizləri ilə bağlı hesabat verən Mərkəzi Bank artıq real azaldılmış faizlər ilə öz hesabatını hazırlamalıdır. Uzun müddət effektiv bank faiz dərəcələri ilə spekulyasiya edən banklar komisiyon haqlarının məhdudlaşdırılmasından sonra artıq bazara elan edilən real faizlər ilə daxil olmaq məcburiyyətində qalacaqlar. Faizlərin real azaldılması isə həmçinin bankların ucuz maliyyə resursları ilə təmin edilməsinin vacibliyini gündəmə gətirdi.
Hər halda, son məhdudiyyətlə faizlərə təsir göstərəcək. Prosesin daha hiss edilən faiz azalmaları ilə müşahidə edilməsi də məhz Mərkəzi Bankı yeni qərarlarından və tövsiyyələrin monitorinqdən asılı olacaq”.
İnterpress.az