Əflatun Amaşov: Qonşu ölkələrin radio dalğalarının Azərbaycanda yayımının qarşısı alınmalıdırbackend

Əflatun Amaşov: Qonşu ölkələrin radio dalğalarının Azərbaycanda yayımının qarşısı alınmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir. Ağsu aşırımında erməni radiosunun dalğaları eşidilir, Gəncəni keçən kimi Gürcüstanın radio dalğaları hakimdir.

İnterPress.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

Millət vəkili qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir: \”Hər bir ölkənin quru sərhədi olduğu kimi, informasiya məkanının da sərhədi var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.

İnterPress.az