Venesuela “lideri” ilk fərmanını imzaladıbackend

Venesuela “lideri” ilk fərmanını imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelanın müxalifət lideri Xuan Quaido ilk “prezident” fərmanını imzalayıb.

İnterPress.az-ın məlumatına görə, Quaido sənədin elektron surətini öz “Twitter” səhifəsində paylaşıb.

Beynəlxalq humanitar yardımın Venesuelaya girişinə icazə verən fərman fevralın 21-də imzalanıb.

“Bolivarian silahlı qüvvələrinin ali baş komandanı olaraq, növbəti dəfə Venesuelaya humanitar yardımın girişinə icazə verdiyimi təsdiq edirəm və bunun yerinə yetirilməsi üçün müvafiq addımların atılmasını əmr edirəm”, – deyə siyasətçi sosial şəbəkədə yazıb.

Quaido “qardaş Braziliya” ilə sərhədin açılmasına və Niderland Krallığı, həmçinin, Aruba, Kürasao və Bonayre adalarının hökumətləri ilə diplomatik münasibətlərin qorunub-saxlanılmasına göstəriş verib.

İnterPress.az