Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
İnterPress.az xəbər verir ki, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma Bakı vaxtı ilə saat 16:00-da başlayıb.Püşkün nəticəsinə əsasən, 1/8 final mərhələsində aşağıdakı komandalar üz-üzə gələcəklər:
“Çelsi” (İngiltərə) – “Dinamo” (Ukrayna)
“Ayntraxt” (Almaniya) – “İnter” (İtaliya)
“Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya)
“Napoli” (İtaliya) – “Zalsburq” (Avstriya)
“Valensiya” (İspaniya) – “Krasnodar” (Rusiya)
“Sevilya” (İspaniya) – “Slaviya” (Çexiya)
“Arsenal” (İngiltərə) – “Ren” (Fransa)
“Zenit” (Rusiya) – “Vilyareal” (İspaniya)
Qeyd edək ki, bu mərhələnin görüşləri martın 7-də və 14-də keçiriləcək. UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
İnterPress.az