Bu gün tanınmış Azərbaycan jurnalisti Natiq Qocaman 46 yaşında dünyasını dəyişib.
İnterPress.az-ın məlumatına görə, jurnalist keçirdiyi insult nəticəsində fevralın 1-dən komada olub.
Qeyd edək ki, Natiq Qocaman Vəli oğlu 1972-ci il sentyabrın 5-i Bakıda anadan olub. Azərbaycan İqtisadiyyat Universitetinin məzunu olub. 1998-ci ildən KİV-də çalışıb. \”Oxu məni\” adlı Azərbaycan dilində ən məşhur qəzetin təsisçisi və baş redaktoru olub.
Allah rəhmət eləsin!