Qaxda ikimərtəbəli ev yanıb.
FHN-dən verilən məlumata görə, ümumi sahəsi 360 m² olan (hər mərtəbəsi 180 m²) ikimərtəbəli 10 otaqlı evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 56 m² sahədə, birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 56 m² sahədə yanıb.
Evin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
İnterPress.az