Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
İnterPress.az-ın məlumatına görə, həmin rayonun sakini, Abış Əzizxan oğlu Mayılov sol kürək nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Onu Rövşən adlı şəxsin bıçaqladığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İnterPress.az