Prezident İlham Əliyev: “Bu il 800 mənzil alınıb şəhid ailələrinə veriləcək”backend

Prezident İlham Əliyev: “Bu il 800 mənzil alınıb şəhid ailələrinə veriləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhid ailələri üçün bu il 800 mənzil alınıb onlara veriləcək. Keçən il 626 mənzil verilmişdir. Yəni, iki il ərzində 1400-dən çox mənzil şəhid ailələrinə veriləcək.

İnterPress.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, bu günə qədər mənzil almayan bütün şəhid ailələri növbəti illər ərzində, yaxın gələcəkdə mənzillərlə təmin ediləcəklər. Bu günə qədər 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillərlə, evlərlə təmin edilib.

İnterPress.az