Yevlaxda silahlı insident olub, yaralanan var – YENİLƏNİBbackend

Yevlaxda silahlı insident olub, yaralanan var – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevlax rayonunda baş verən silahlı insident nəticəsində yaralanan şəxsin adı məlum olub.

İnterPress.az xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Rəşid Rövşən oğlu Həsənov ayağından güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı \”təcili yardım\” maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Yevlax rayonunda silahlı insident olub.

İnterPress.az-ın məlumatına görə, hadisə Yevlax şəhərində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan yerli sakin ayağından güllə yarası alıb.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.(report)

İnterPress.az