Xocalı faciəsinin qurbanları Türkiyə xalqının yaddaşında yaşayacaq.
İnterPress.az xəbər verir ki, bunu Trend-ə Türkiyə parlamentinin Ədalət və İnkişaf Partiyasından (AKP) deputatı Mehmet Əli Özkan deyib.
Onun sözlərinə görə, Xocalı faciəsi 20-ci əsrin ən qanlı faciəsidir:
“ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün əlindən gələni etməlidir”.
Deputat qeyd edib ki, Xocalıda törədilmiş cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib və heç sübuta ehtiyacı yoxdur.
İnterPress.az