Azərbaycan paytaxtında Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşü keçirilir.
İnterPress.az xəbər verir ki, yürüş iştirakçıları Bakı Dəniz Vağzalının qarşısından başlayaraq \”Ana harayı\” abidəsinə doğru hərəkət edir.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, hökumət və dövlət rəsmiləri, millət vəkilləri, ziyalılar qatılıblar.
Yürüşdə on minlərlə insan iştirak edir.
İnterPress.az






