Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edibbackend

Prezident İlham Əliyev Dominikan Prezidentini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyev Dominikan Prezidenti Danilo Medinaya təbrik ünvanlayıb.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, təbrikdə deyilir:

\”Hörmətli cənab Prezident, Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və firavanlıq diləyirəm\”.

İnterPress.az