Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC mineral gübrənin növbəti səyyar satışını martın 1-də Göyçay rayonun Qarabaqqal kəndində, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binası qarşısında keçirəcək.
Bu barədə İnterPress.az-a qurumdan bildirilib.
Məlumata görə, səyyart satışdan bu kəndə yaxın Qaraməryəm, Bığır, Qaraman, Ləkçıplaq, Hacalı, Qarayazı, Cəyirli kəndlərinin sakinləri də yararlana biləcəklər.
Qeyd edilib ki, səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrəni əldə edirlər.
İnterPress.az