Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov fevral ayının 16-da Salyan rayonunda vətəndaşlarla görüşəcək.
Agentlikdən bildirilib ki, görüş saat 11:00-da Salyan rayonu, Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.
Görüşdə iştirak etmək istəyənlərin Salyan rayonu “44 №-li Yol İstismarı” və Neftçala rayonu “50 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar görüşə şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.