ABŞ-da bıçaqlı hücum: 4 nəfər ölübbackend

ABŞ-da bıçaqlı hücum: 4 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İllinoys ştatında bıçaqlı hücum olub. 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Şübhəli saxlanılıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın İllinoys ştatında təcavüzkar əvvəlcə avtomobili ilə camaatın içərisinə keçib, sonra isə bıçaqlı hücum həyata keçirib.

Hücum nəticəsində 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə yerinə gələn polis hücumçunu saxlayıb.

Hücumla bağlı araşdırmalara başlanılıb.