ABŞ-da qatar qəzası: 3 ölü, 40 yaralıbackend

ABŞ-da qatar qəzası: 3 ölü, 40 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə CNN telekanalının efirində ştatın Yol Patrulunun sözçüsü Castin Dann məlumat verib.

“Qatarda olan 2 nəfər, həmçinin yük maşınında olan bir nəfər (qəza keçiddə lokomotivlə yük maşınının toqquşması nəticəsində baş verib-red) həlak olub”, – o deyib.

O, bildirib ki, ölənlərin sayı arta bilər.

Telekanal əlavə edib ki, zərərçəkənlərin sayı 40 nəfərə çatıb. Hendrik Tibb Mərkəzi qəza zamanı dörd zərərçəkənin, Missuri Universiteti yanında xəstəxana – daha doqquz yaralını qəbul etdiyini açıqlayıb.