ABŞ-da Sakit okeana düşən təyyarənin axtarışları davam edirbackend

ABŞ-da Sakit okeana düşən təyyarənin axtarışları davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da gecə yarısı hava limanı yaxınlığında Sakit okeana düşən təyyarənin axtarışları davam edir.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Yerli telekanal KRON TV-nin məlumatına görə, təyyarə gecə yarısı Kaliforniyanın San-Fransisko şəhərinin cənubundakı hava limanı yaxınlığında Sakit okeana düşüb.

Polis rəsmisi açıqlamasında bildirib ki, təyyarə qəzaya uğradıqdan sonra əraziyə yanğınsöndürmə qrupları ilə yanaşı ABŞ Sahil Mühafizəsi də gəlib.

Qəzaya uğrayan təyyarənin növü ilə bağlı məlumat paylaşmayan rəsmi, təyyarədə neçə nəfərin olduğu ilə bağlı heç bir açıqlama verməyib.

ABŞ Sahil Mühafizəsi tərəfindən verilən açıqlamada, qəzaya uğrayan təyyarənin yerini müəyyən etməyə çalışdıqları və axtarış işlərinin davam etdiyi bildirilib.