ABŞ-da yol qəzası: 3 ölü, 14 yaralıbackend

ABŞ-da yol qəzası: 3 ölü, 14 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın İllinoys ştatında sərnişin avtobusunun dayanmış yük maşınlarına çırpılması nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın İllinoys ştatının polisi ştatın Madison qraflığı bölgəsindəki Haylend şəhəri yaxınlığında yol qəzası baş verdiyini açıqlayıb.

Sərnişin avtobusu Cənubi İllinoys ştatında Silver Lake İstirahət Bölgəsinə gedən magistralın çıxışında dayanmış üç yük maşınına çırpılıb.

Polis qəza nəticəsində avtobusda olan 3 nəfərin öldüyünü, bəzilərinin ağır olmaqla 14 nəfərin yaralandığını bildirib.