ABŞ diplomatının 40 ildən çox Kubaya casusluq etdiyi ifşa olunubbackend

ABŞ diplomatının 40 ildən çox Kubaya casusluq etdiyi ifşa olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Boliviyadakı keçmiş səfiri Viktor Manuel Roşa 40 ildən çox Kubaya casusluq etdiyinə dair ittihamları boynuna alıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Roçanın cəzası aprelin 12-də keçiriləcək iclasda müəyyənləşəcək.

73 yaşlı Roça 1981-ci ildən başlayaraq gizli şəkildə Kuba hökumətinə məlumat ötürməkdə ittiham olunurdu. Bu müddət ərzində Roça ABŞ Dövlət Departamentində və Milli Təhlükəsizlik Şurasında çalışıb.

1999-2002-ci illərdə ABŞ-ın Boliviyadakı səfiri vəzifəsində çalışmış Roça cümə axşamı Florida ştatının Mayami şəhərindəki məhkəmədə ilkin təqsirsizlik ifadəsini dəyişib.

Roçanın cəzası aprelin 12-də keçiriləcək iclasda müəyyənləşəcək.

Beləliklə, Kuba ilə ABŞ arasında ən səs-küylü casusluq işlərindən biri gözlənilmədən tez həll olunacaq.

“Miami Herald” qəzetinin məlumatına görə, cümə axşamı günü keçirilən dinləmələrdə işlə bağlı məxfi sənədlərin necə işlənəcəyi müzakirə edilib. Lakin bunun əvəzinə Roçanın məhkəmə ilə razılaşdığı açıqlanıb.

Rocha xarici ölkələrin xeyrinə casusluq etməkdə, pul köçürmələri zamanı saxtakarlıq etməkdə və ABŞ pasportu almaq üçün yalan ifadələr verməkdə ittiham olunur.