ABŞ-ın dəstəklədiyi PKK/YPG uşaqları qaçırmağa davam edirbackend

ABŞ-ın dəstəklədiyi PKK/YPG uşaqları qaçırmağa davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın şimalında Hələb şəhərinin Mənbic rayonundan ABŞ-ın dəstəklədiyi terror təşkilatı PKK/YPG tərəfindən qaçırılan 14 yaşlı qızın anası Huda Remmo uşağının geri qaytarılmasını istəyir.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Uşaq və digər beynəlxalq qanunlar uşaqların terror məqsədləri üçün istifadəsini “insanlığa qarşı cinayət” kimi müəyyən edir.

Terror təşkilatı PKK/YPG Suriyada işğal etdiyi bölgələrdə uşaqları qaçıraraq zorla sıralarına cəlb etməklə həm valideynlərin, həm də uşaqların xəyallarını puç edir.

2010-cu ilin dekabrında doğulan Mənbicli Aya Muhammed Hamam da PKK/YPG-nin qurbanlarından biri olub. Hamam 2 mart 2024-cü ildə məktəbə gedərkən ABŞ-ın dəstəklədiyi terror təşkilatı tərəfindən qaçırılıb.

Hamamın anası Huda Remmo AA müxbirinə qaçırmanın təfərrüatlarını açıqlayıb.

Qızının 8-ci sinif şagirdi olduğunu deyən Remmo, qaçırıldığı gündən bəri uşağından xəbər almadığını bildirib.

Remmo məktəbdə sinif yoldaşlarından soruşduqda qızının “təşkilatın gənclik strukturlarından biri olan Civanen Şöreşkerin əlində olduğu” cavabını aldığını bildirib.