ABŞ-ın maliyyə naziri Çinlə münasibətləri sabitləşdirməyə çağırıbbackend

ABŞ-ın maliyyə naziri Çinlə münasibətləri sabitləşdirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın maliyyə naziri Janet Yellen ABŞ-ın Çinlə əlaqələrini sabitləşdirməyə və ölkələr arasında müntəzəm kommunikasiya xətlərinin bərpasına çağırıb.

O, bu barədə “The New York Times” qəzetinə müsahibəsində bildirib.

“Mən bir sıra problemlərimizin olduğunu və onları həll etmək istədiyimizi dərk edərək münasibətləri sabitləşdirmək və onları daha da yaxşılaşdırmağa çalışmaq barədə düşünürəm”- deyə, o bildirib.

Nazir bildirib ki, Pekinin ABŞ-ın Çinə qabaqcıl yarımkeçiricilərin satışını qadağan etmək siyasətindən narahatdır:

“ABŞ-ın bunu niyə etdiyini və bunun Çin iqtisadiyyatını tamamilə iflic vəziyyətə salmaq və onun inkişafını dayandırmaq cəhdi olmadığını izah etməsi vacibdir”.