ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub, xəsarət alanlar varbackend

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.

Bu barədə “Al-Mayadeen” telekanalı xəbər verib.

Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.

“Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub”, – telekanalın xəbərində deyilir.

Pentaqon hələlik bu məlumatı şərh etməyib.

 

 

  İnterpress.az