ABŞ İrana qarşı döyüş əməliyyatlarına əl ata bilərbackend

ABŞ İrana qarşı döyüş əməliyyatlarına əl ata bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin müəyyən şəraitdə İrana qarşı döyüş əməliyyatları apara bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” telekanalına müsahibəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bildirib.

“Biz bütün məsələləri hərbi yolla həll etməyə ehtiyac duymuruq, lakin bu o demək deyil ki, əgər bizi müəyyən bir həddə gətirsələr, biz döyüş əməliyyatlarına əl atmayacağıq, biz bunu müəyyən şəraitdə edəcəyik”, – o, müvafiq suala cavabında bildirib.

Uitkoff əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın mövqeyi “İranın nüvə bombasına sahib olmaması”dır.

“Biz onların nüvə arsenalı yaratmağa başlamasına imkan verə bilmərik. Bu baş verməməlidir”, – diplomat qeyd edib.

Daha əvvəl oxşar fikri ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts da səsləndirmişdi.