“Azərbaycana bütün yardımı azaltmaq lazımdır”.
İnterpress.az xəbər verir ki, bunu ABŞ konqresmeni Bred Şerman deyib. O bildirib ki, Qarabağdan “məcburi köçkün düşmüş ermənilərə yardımı artırmaq və Azərbaycana bütün yardımı azaltmaq lazımdır”.
“Hazırda ədalətsizlik baş verir. Əsl ədalət o zaman olacaq ki, ermənilər Qarabağa qayıda bilsinlər”, – konqresmen qeyd edib.
O, Ermənistanın ABŞ administrasiyasının vəd etdiyi yardıma ehtiyacı olduğunu və yardım haqqında qanun layihəsinin qəbul ediləcəyinə ümid etdiyini bildirib.
Xuraman Etibarlı
İnterpress.az