Qəzza zolağında humanitar böhranın qarşısını almaq üçün Qəzza sahillərində dəniz platforması qurmağı planlaşdıran ABŞ Şərqi Aralıq dənizinə daha 4 hərbi gəmi göndərib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Həftə sonu ABŞ bir gəmi göndərdiyini açıqlayıb. Ötən gün Monterrey, Wilson Wharif və James A. Loux Virciniyadakı bazalarından Qəzza sahillərinə doğru yola düşüblər. Pentaqonun sözçüsü Pat Ryder deyib: “Biz estakadanın təxminən 60 gün ərzində tam istifadəyə veriləcəyini gözləyirik ki, bu da gündə 2 milyon yeməyin paylanmasını asanlaşdıra bilər”.
19 ildir blokadada olan Qəzzanın hücumlardan sonra işlək limanı yoxdur.