Ermənistan müxalifəti hakimiyyəti ABŞ-la münasibətlərin uğursuzluğunda ittiham edib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Siz deyirsiniz ki, hazırda ABŞ ilə əlaqələri inkişaf etdirirsiniz, genişlənir, gündəmi zənginləşdirirsiniz.
Fakt budur ki, Nikol Paşinyan yeganə ölkə lideridir ki, heç bir ABŞ prezidenti tərəfindən qəbul edilməyib. Bu reallıqdır, cənab Mirzoyan.
Bütün açıqlamalarınız “Papa Loves Mambo” mahnısı və rəqsidir. Siz heç olmasa Frank Sinatranın mahnılarını yaxşı oxuya bilirsinizmi?”, – Ermənistan müxalifət fraksiyasının üzvü Artur Xaçatryan bildirib.
Xuraman Etibarlı
İnterpress.az