ABŞ Yaponiyada “Osprey” tipli təyyarələri yenidən havaya qaldırdıbackend

ABŞ Yaponiyada “Osprey” tipli təyyarələri yenidən havaya qaldırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Yaponiyadakı qüvvələri 2023-cü ilin noyabrında qəzaya uğradıqdan sonra yerdə saxlanılan “CV-22 Osprey” tipli hərbi nəqliyyat təyyarəsini Okinavada yenidən havaya qaldırıb və bundan sonra ölkə daxilində “mərhələli” havaya qalxacağını açıqlayıb.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Mərkəzi hökumət rəsmiləri Osprey tipli hərbi təyyarələrin ölkə daxilində müxtəlif ştatlarda təkrar istifadə ediləcəyi ilə bağlı məlumatların yerli idarələrə göndərildiyini bildiriblər.

Dövlət televiziyası NHK tərəfindən verilən görüntülərə görə, ABŞ qüvvələri 2023-cü ilin noyabrında qəzaya uğradıqdan sonra anqara çəkilən “CV-22 Osprey” tipli təyyarəni yenidən havaya qaldırıb.

NHK-nın görüntüləri Okinavanın Ginova bölgəsindəki ABŞ-a məxsus MCAS Futenma Hava Bazasından havaya qalxan “CV-22 Osprey” təyyarələrini çəkib.