Abşeronda yol qəzasında 5 nəfər xəsarət alıbbackend

Abşeronda yol qəzasında 5 nəfər xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1972-ci il təvəllüdlü Məmmədova Məryəm Rüstəm qızı, 1994-cü il təvəllüdlü Kələntərov Nəriman Rüstəm oğlu, 1971-ci il təvəllüdlü Kələntərova Ləman Rizvan qızı, 1997-ci il təvəllüdlü Mirinova Alina Konstantin qızı və 2003-cü il təvəllüdlü Səlimov Ruslan Füzuli oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.