Acun İlıcalının 20 milyon dollarlıq yaxtası ortaya çıxdı: Futbol meydançası da var – FOTO/VİDEObackend

Acun İlıcalının 20 milyon dollarlıq yaxtası ortaya çıxdı: Futbol meydançası da var – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur türkiyəli teleaparıcı və iş adamı Acun İlıcalının 20 milyon dollarlıq meqa yaxtası ortaya çıxıb.

47,2 metrlik yaxtanın adı Ilıcalının qızlarının baş hərflərindən ibarətdir və “B.A.L.M.Y.” adlanır.

Yaxtada 8 nəfərlik ekipaj otağı və 5 fərqli qonaq otağı mövcuddur, 10 nəfər qonağı qəbul edə bilir.

20 milyon dollar dəyərində olduğu bildirilən yaxtada iki “Caterpillar C32” dizel mühərriki var. Bu mühərriklərin hər biri 1450 at gücünə malikdir.

Yaxtanın çəkisi 498 tondur və maksimal sürəti 14,5 knot (26,8 kilometr/saat) təşkil edə bilir.

Yaxtanın göyərtəsində dincəlmək və günəş vannası qəbul etmək üçün sahə, spa və hətta kiçik futbol meydançası var.

 

Mənbə: Snobmagazin.com