Çeçenistanda Adam Kadırovun “K-13” brendi ilə enerji içkiləri satışa çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çeçenistan mediası məlumat yayıb.
Çeçenistanda “K-13” brendi altında yeni enerji içkisinin satışı başlayıb. Bu məhsul ilk dəfə respublika rəhbərinin videoçəkilişində görünüb.
Qroznı şəhərində yeni hipermarketin açılışı zamanı çəkilən görüntülərdə respublika rəhbəri bu içkini içir, yanında olan Çeçenistanın Baş naziri Maqomed Daudov isə onun “ən yaxşı içki” olduğunu bildirir.
Qeyd olunur ki, Adam Kadırov və ətrafındakı şəxslər daha əvvəl də üzərində “Dustum” və “K-13” yazıları olan geyimlərdən istifadə ediblər.
Ehtimal edilir ki, brendin adındakı “K” hərfi onların soyadını simvolizə edir. Çeçen bloqerlər də tez-tez bu loqolu köynək və papaqlarda paylaşımlar edirlər.
Xatırladaq ki, 2012-ci ildə Ramzan Kadırov enerji içkilərini müsəlmanlar üçün qəbuledilməz olan “yoldan çıxarıcı preparatlar” adlandırmışdı.
Həmin dövrdə Çeçenistan parlamenti bu içkilərin satışına görə cərimələr tətbiq etsə də, 2018-ci ildə sözügedən qadağa qismən yumşaldılmışdı.
Xuraman Etibarlı
İnterpress.az






