Ağdam dirçəlir, gənclər şəhərindən reportajbackend

Ağdam dirçəlir, gənclər şəhərindən reportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər Fondunun təşkilatçılığı ilə bizim üçün müqəddəs olan Ağdama növbəti səfərim inanılmaz, həm də təsviredilməz hisslərlə yadda qaldı.

Beləliklə, Qarabağın dayağı hesab olunan, adı gələndə ermənilərin qorxuya düşdüyü, yalnız böyük xəyanət nəticəsində işğal edilən Ağdam Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun gücü nəticəsində azad olunduqdan sonra isə tale mənə ikinci dəfə Ağdamda olmaq fürsəti yaratdı.

Müşahidələrim ondan ibarətdir ki, təkcə Azərbaycanın yox, ümumilikdə, Qafqazın tarix boyu sayılıb-seçilən şəhərlərindən biri olan Ağdamda düşmən daşı daş üstə qoymayıb. Erməni xisləti özünü Ağdamda istisnasız, yüzdə yüz göstərib. Cəmi 30 il əvvəlki görkəmi ilə göz oxşayan Ağdam indi minillik viranəni xatırladır… Bunu yalnız Mədain xərabərələri və yaxud Xirosima və ya Naqasaki şəhərləri ilə eyniləşdirə bilərik…

İmarət

IMG_9974.jpeg

Mənfur düşmən Qarabağ xanlığının banisi Pənahəli xan və Xan qızı Natəvan kimi görkəmli şəxsiyyətlərimizin məqbərələri ilə öz vəhşiliklərinə uyğun davranıblar:

Məqbərələr dağıdılıb, onların sahiblərinin əbədi uyuduqları məkanda ermənilər öz adlarının sinonimi olan heyvanları saxlayıblar… Daha dəqiq desək, işğal dövründə bizim şəhərlərimizi də, maddi-mədəni irsimizi də özlərinə oxşatmağa çalışıblar.

Artıq neçə ildir, Azərbaycanın futbol brendi statusunu qazanan “Qarabağ” futbol komandasının bir vaxtlar ev sahibi olduğu İmarət stadionu…

Bu idman məbədinin də aqibəti fərqli deyil – arena xarababazarı xatırladır.

Cümə və Qiyaslı məscidi

IMG_9977.jpeg

Yarıdağıdılmış vəziyyətdə olan məscidlərin verdiyi hüzur bizi bir qədər sakitləşdirir. Şəhidlərimiz və böyük şəxsiyyətlərimiz üçün dualar edirik. Düşməni müqəddəs torpaqlarımızdan qovan Azərbaycan Əsgərinin daha da qüdrətli olması üçün Yaradana dualar edir və aminlər deyirik.

Şahbulaq qalası

Səfər zamanı diqqətimizi cəlb edən bir mühüm istisna var. Nədənsə, Ağdamda ayaqları dəyən hər yeri viran edən ermənilər tarixi Şahbulaq Qalasına toxunmayıblar.

Gülməli səslənsə də, oğru ermənilər Şahbulağın “əsası çar Tiqran tərəfindən qoyulan Tiqranakert” olduğunu iddia edirmişlər… 

Əlbəttə ki, buna təəccüblənmədik. Düşməndən bunları gözləmək bizi təəccübləndirməməlidir. Hər halda, Azərbaycan Ordusu “Tiqranakert” mifini elə dağıdıb ki, ermənilər çətin ki, bir də bu iddiaya düşsünlər.

Yeni Ağdam

Səfərin ən önəmli anı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynovun bizə yenidən qurulacaq Ağdam haqqında verdiyi məlumatlar oldu. Artıq hamımıza məlum olduğu kimi şəhərin Baş Planı da təqdim olunub və şəhər bərpa olunduqdan sonra Ağdam yenidən Qafqazın ən gözəl şəhərinə çevriləcək.

Bir sözlə, Ağdam Azərbaycanın ən gözəl  şəhəri olacaq.

Xüsusi qeyd:

IMG_9969.jpeg

Ağdam səfərinin yüksək səviyyədə təşkilinə görə Gənclər Fonduna və fondun rəhbəri Fərid Cəfərova, o cümlədən bizi doğma Ağdamımızda yüksək səviyyədə qarşılayan Azərbaycan Prezidentinin Ağdam rayonundakı xüsusi nümayəndəsi Emin Hüseynova təşəkkür edirəm.

 

Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək ictimai birliyinin sədri, İnterpress.az xəbər saytının baş redaktoru

IMG_9975.jpeg

IMG_9973.jpeg