Özün üçün yaşamaq zərərli bir anlayışdır.
İnterpress.az xəbər verir ki, bunu rusiyalı biznesmen və keçmiş deputat Viktor Taranin deyib. O, uşaqsızlığa görə vergi tətbiq etməyi təklif edib.
Bu da evlənmək istəməyən 30 milyon kişiyə təsir edəcək.
Onun sözlərinə görə, gənc ailələr “brilyant” və “Dubaya səyahət” kimi dəbdəbələrin dalınca düşməkdənsə, uşaq sahibi olmağa diqqət yetirməlidirlər.
Bundan əlavə, Taranin Dövlət Xidmətləri portalını tənqid edərək, “yataqda boşanma” fürsətini çox rahat adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az