Bişkekdə 19 yaşlı qız attraksiondan yıxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Bişkekdə 19 yaşlı qız attraksiondan yıxılıb.
Hərəkət zamanı təhlükəsizlik kəmərinin qopması faciəyə səbəb olduğu iddia edilir.
Hadisə bir gün əvvəl, martın 31-də saat 20:00 radələrində baş verib.
Şhidlərin sözlərinə görə, attraksionlardan birində təhlükəsizlik kəmərinin qopması konstruksiya hərəkət edən zaman qızın yerə yıxılmasına səbəb olub.
Zərərçəkmiş hazırda reanimasiyadadır, vəziyyəti ağırdır.
Xuraman Etibarlı
İnterpress.az