Polşada qadın nifrət etdiyi həmkarının içkilərinə kimyəvi maddələr töküb.
İnterpress.az xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.
Bir neçə ay əvvəl 51 yaşlı qadın səhhətinin kəskin şəkildə pisləşdiyini hiss edib.
Xəstəxanada müayinə zamanı daxili orqanların yanıqları aşkarlanıb.
O, problemin həmkarının ona gətirdiyi içkilərdə ola biləcəyini güman edib və gizli kamera quraşdırıb.
Qadın kamera görüntülərindən dəhşətə gəlib: bir həmkarı sistematik olaraq onun çayına və digər içkilərinə kimyəvi maddələr töküb.
Sonradan məlum olub ki, şübhəli şəxs iş yerində münaqişə zəminində zərərçəkmişdən qisas alırmış. İndi onu 20 ilə qədər həbs gözləyir.
Xuraman Etibarlı
İnterpress.az